Neft Fondu 2 yataq üzrə bu qədər gəlir əldə edib - Böyük məbləğ

11:41 - 3.03.2021


3 mart, Fineko/abc.az. Dövlət Neft Fondu martın 1-i tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2021-ci ilin yanvar-fevral dövründə Fonda AÇG yatağı üzrə 574 milyon 543 min ABŞ dolları daxil olub.

Sözügedən dövrdə Şahdəniz yatağı (qaz və kondensat) üzrə isə 3 milyon 538 min ABŞ dolları gəlir əldə edilib.

Bununla yanaşı, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 3 milyon 538  min ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента