Rusiyadan Azərbayana ticarət missiyası həyata keçiriləcək

14:12 - 3.03.2021


3 mart, Fineko/abc.az. Martın 5-dən 25-dək Rusiyanın Bryansk vilayətinin müəssisələrinin Azərbaycana onlayn ticarət missiyası həyata keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, missiya Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə həyata keçiriləcək.

Martın 5-də işgüzar missiyanın iştirakçıları üçün məsləhətləşmələr aparılacaq, müəssisələrə Azərbaycanda tərəf-müqabil tapmaq və ölkədə bizneslə bağlı praktik tövsiyələr təqdim ediləcək.

 

Вся лента