"Coronovac" peyvəndinin təsir gücü açıqlanıb

15:02 - 3.03.2021


3 mart, Fineko/abc.az. "Sinovac" şirkətinin istehsalı olan "Coronovac" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.

Bundan başqa, sınağın nəticələrinə görə, "Coronovac" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100% alır. 

Nəticələrə əsasən, peyvənd vurulandan sonra yorğunluq, baş, əzələ ağrısı, temperatur və titrətmə kimi hallar müşahidə olunub. Lokal təsirlərdən isə ən çox rast gəlinəni vaksin vurulan yerdə ağrıların olmasıdır. Qeyd edək ki, Türkiyədə vaksinasiya prosesinə yanvarın 14-də başlanılıb.

 

Вся лента