Gəncədə 300 ədəd traktor istehsal olunub - Bir ilin hesabatı

16:47 - 4.03.2021


4 mart, Fineko/abc.az. Ötən il Gəncədə 80194,5 ton un, 1176,9 ton makaron, 240,9 min dekalitr araq, 134,4 min dekalitr şərab, 300 ədəd traktor, 112 ədəd MAZ yük avtomobil, 50 ədəd taxılyığan kombaynlar və 19 ədəd sair qoşqular, 13052 ədəd elektron, 133310 ədəd mexaniki su sayğacları istehsal edilib.

ABC.AZ Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2020-ci il ərzində 17,3 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 7,8 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib.

 

Вся лента