“OPEC+”un növbəti iclaslarının vaxtı açıqlanıb

11:49 - 5.03.2021


5 mart, Fineko/abc.az. OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 28-ci iclası martın 31-də keçiriləcək.

 ABC.AZ Azərtaca istinadla xəbər verir ki, “OPEC+” nazirlərinin 15-ci toplantısı isə videokonfrans formatında aprelin 1-də təşkil olunacaq.

“OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) iclasının JMMC-nin toplantısından bir gün əvvəl keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.

 

Вся лента