Azərbaycan İnvestisiya Şirkəti səhmlərin iştirakı ilə layihələrə 194 milyon dollar yatırıb

05.03.2018,14:58


5 mart, Fineko/abc.az. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) öz fəaliyyətinin yekunlarını açıqladı.

AİŞ-in icraçı direktoru Rövşən Nəcəfin sözlərinə görə, şirkətin 2006-2017-ci illərdə iştirak etdiyi layihələrin ümumi dəyəri 1,2 milyard dollar təşkil edib.

“Bunlardan 450 milyon dollar xarici investisiyadır, AİŞ bu layihələrdə 194 milyon dollar sərmayə qoyub”, - R.Nəcəf belə deyib.

Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsi nəticəsində 2 600 yeni iş yeri açılmışdır.

 

 

Ключевые слова: İnvestisiya Şirkəti