“Ay-Min” MMC-yə məxsus kolbasaların satışı qadağan olundu

15:33 - 9.03.2021


9 mart, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 16 ünvanında fəaliyyət göstərən, “Ay-Min” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı sexində yoxlama keçirilib.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, yoxlama zamanı kolbasa məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələrin nəticələrinə əsasən məhsulda nitritin kütlə payının texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi aşkar olunub.

Yoxlama zamanı istehlaka yararsız 25 kq müxtəlif əmtəə nişanlı kolbasa məhsulları aşkarlanıb və satışı qadağan edilib.

 

Вся лента