Yanvar ayında Azərbaycan banklarının məcmu aktivlərinin həcmi 0,9% artıb

05.03.2018,15:13


5 mart, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası (FIMSA) 31 yanvar 2018-ci il tarixinə ölkənin bank sektorunun fəaliyyətinin yekunlarını açıqladı.

Hesabata əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri  28169,7 mln. manat, cəmi öhdəlikləri isə 24 367,9 mln. manat təşkil etmişdir.

“Sektorun məcmu kapitalı 3 801,8 milyon manat, əhalinin əmanətləri 7 482,5 milyon manat təşkil etmişdir. Yanvar ayında bankların aktivləri  0,9% və ya 249 milyon manat, öhdəlikləri 0,6% və ya 156 milyon manat, kapital 2,5% və ya 93 milyon manat artmışdır”, - hesabatda belə deyilir.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207 nəfər təşkil etmişdir.

 

 

Ключевые слова: fimsa