İlin əvvəlindən Azexport.az portalı vasitəsilə 81,5 milyon dollarlıq ixrac sifarişləri daxil olub

15:50 - 5.03.2018


5 mart, Fineko/abc.az. 2017-ci ildən etibarən dünyanın 78 ölkəsindən Azexport.az portalı vasitəsilə 556,6 milyon dollarlıq ixrac sifarişləri daxil olub, yalnız 2018-ci ilin yanvar ayında 81,5 milyon dollarlıq sifarişlər daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir ki, bu ilin yanvar ayında ötən ilin yanvar ayı ilə müqayisədə, qəbul edilən sifarişlər üzrə ixrac həcmi 33,5 milyon manat artıb.

“Qeyri-neft məhsulların idxalçılarının ilk beşliyində  Rusiya (22 %) qərarlaşıb, daha sonra siyahıda  Türkiyə (8%), Ukrayna (8%), Səudiyyə Ərəbistanı (6%) və Birləşmiş Ərəb Əmirlikləri (6%) qeyd edilir”, - məlumatda belə deyilir.

 

Вся лента