"PSG-Kapital İnvestisiya Şirkəti» Qapalı Səhmdar Cəmiyyəti nizamnamə kapitalını ikiqat artırır

16:08 - 5.03.2018


«PSG-Kapital İnvestisiya şirkəti» QSC nizamnamə kapitalını artırır. Şirkətdən verilən məlumata görə, artım nəticəsində nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksələcək.

Bununla da «PSG-Kapital İnvestisiya şirkəti» QSC ölkədə nizamnamə kapitalı ən yüksək olan investisiya şirkətinə çevriləcək.

Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək.

Bu addım çərçivəsində hər birinin nominal qiyməti 1 000 AZN olan əlavə 1 000 ədəd səhm buraxılması nəzərdə tutulur.

Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb.

Səhm yerləşdirilməsi və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.

 

Вся лента