Caspian European Club-un idarə heyətinin 3-cü iclası keçirilib

05.03.2018,16:37


Bakıda Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sədrliyi ilə Caspian European Club-un idarə heyətinin üçüncü iclası təşkil olunub.

Toplantıda Klubun strategiyası, həmçinin 2018-ci ilin sonuna kimi həyata keçirilməsi zəruri olan yeni layihə və məsələlər müzakirə olunub.

Telman Əliyev iclasın idarə heyətinin üzvlərinin və Caspian European Club-un işçi komitələrinin rəhbərlərinin iştirakı ilə hər ay keçirildiyini qeyd edib. Hər toplantı ənənəvi olaraq idarə heyəti üzvlərinin bir ofisində təşkil olunur. Budəfəki iclas Avni Dəmirçinin rəhbərlik etdiyi Ziraat Bank Azerbaijan-ın ofisində baş tutub. Avni Dəmirçi eyni zamanda həm də Caspian European Club-un tərkibinə daxil olan Banking & Finance Committee-nin rəhbəridir.

İdarə heyətinin hər bir üzvü hesabat təqdim edib, rəhbərlik etdiyi işçi komitəsinin cari fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bundan əlavə, toplantıda həmçinin ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlər planı təsdiqlənib. Aprelin 18-nə planlaşdırılan 5-ci Beynəlxalq Caspian Energy Forum Tbilisi – 2018, iyun ayında baş tutacaq 6-cı Caspian Energy Forum Naxhchivan – 2018, eləcə də müvafiq olaraq sentyabr və dekabr aylarında keçiriləcək Caspian Energy Forum Baku – 2018 və Caspian Energy Forum Prague – 2018-ə hazırlıq müzakirə olunub.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə xidmət edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialqoun dəstəklənməsi istiqamətində fəal iş aparır.

 

Ключевые слова: Caspian European Club