Asiyanın ən böyük bankı Azərbaycanla bağlı layihəyə başlayıb

14:25 - 12.03.2021


12 mart, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) “Asiyanın inkişaf edən ölkələrində kapital bazarının inkişafı və islahatına dəstək” layihəsinin icrasına başlayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, ilkin mərhələdə Azərbaycan, Monqolustan, Özbəkistanaq şamil olunacaq layihənin həyata keçirilməsi üçün Koreya Respublikasının ADB tərəfindən idarə olunan e-Asiya və Bilik Tərəfdaşlığı Fondundan 750 milyon ABŞ dolları məbləğində texniki yardım ayrılıb.

Texniki dəstək çərçivəsində hər üç ölkənin kapital bazarı təhlil edilməklə inkişaf səviyyəsi müəyyənləşdiriləcək.

"Aidiyyəti dövlət və özəl qurumları ilə məşvərətlərdən sonra adıçəkilən ölkələr üçün yol xəritələri hazırlanaraq təsdiq olunacaq" deyə təşkilatdan bildirilib.

 

Вся лента