Gürcüstandan gətirilən spirtli içkilərin satışı Bakıda qadağa olundu

15:50 - 12.03.2021


12 mart, Fineko/abc.az. “Gemini” MMC tərəfindən Gürcüstandan ölkəmizə idxal edilən “Çaça Gold” əmtəə nişanlı spirtli içki məhsuluna Qida Təhlükəsizliyi Agentliyi müfəttişləri tərəfindən baxış keçirilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, müayinələr nəticəsində məhsulu partiyasında metil spirtinin həcm payının texniki normativ sənədlərə uyğun olmadığı və istehlak üçün yararsız olduğu aşkar edilib.

Agentlik tərəfindən istehlak üçün yararsız, ümumi çəkisi 135 kq (126 ədəd) olan spirtli içki məhsulu partiyasının satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

 

Вся лента