Bakıda çay evlərində reyd keçirildi - Sahibləri cərimələndi

16:02 - 17.03.2021


17 mart, Fineko/abc.az. Paytaxtın Nizami rayonunda yerləşən “VN” çay evində müştəri kimi əyləşən 4 nəfərin qəlyandan istifadə etdiyi müəyyən edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat miqdarında cərimə olunub.

Obyektin işlədən Qoşqar Hüseynov isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün 4000 manat məbləğində cərimələnib.

Həyata keçirilən daha bir tədbir zamanı Xətai rayonunda yerləşən “Legenda” çay evində karantin qaydalarının pozulduğu müəyyən olunub. Tədbir zamanı sanitar-karantin normaları pozan 10 nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4000 manat miqdarında cərimə ediliblər.

 

Вся лента