ARDNŞ və BMTİP ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı davam etdirəcəklər

12:23 - 6.03.2018


6 mart, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın davam etdirilməsi üzrə niyyət protokolu imzaladılar.

Protokolu, ARDNŞ prezidenti Rövnəq Abdullayev və BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai imzaladılar.

Protokol, iqlim dəyişikliyi, enerji səmərəliliyinin təmin edilməsi, karbon qazının tullantılarının azaldılması və  ətraf mühitin ümumi mühafizəsi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

 

 

Вся лента