7-ci “Caspian Energy Forum Baku – 2018”ə qeydiyyat başlayıb

12:30 - 6.03.2018


Azərbaycan Respublikası Hökuməti, Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un dəstəyilə sentyabrın 19-20-də keçiriləcək 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018”ə qeydiyyat başlayıb. Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyevin sözlərinə görə, “Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilir və biznes-hökumət dialoqunun fəallaşmasından ötrü əlverişli şərait yaratmaq, neft və qeyri-neft sektoru sahələrinə aid şirkətlər arasında sıx əməkdaşlıq qurmaq, transmilli şirkətlər ilə kiçik və orta biznes nümayəndələrinin, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklərin görüşlərini təşkil etmək üçün ənənəvi meydan rolunu oynayır.

“Caspian Energy Forum Baku – 2018”də sıralarında Azərbaycan hökumətinin üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya təşkilatlarının və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 300-dən 500-dək deleqat iştirak edəcək.

Bundan əlavə, tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyk, işgüzar nahar zamanı əlavə imkanlar nəzərdə tutulub.

Telman Əliyev qeydiyyatdan http://caspianenergyforum.com/baku2018/index.php/en/ linki vasitəsilə keçilməli olduğunu əlavə edib.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club yaradılıb. İki il ərzində onlar Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik olaraq Caspian American Club və Caspian Asia Club-un, Caspian American Club və Caspian Asia Club-da yer alanlar isə Caspian European Club-un üzvü hesab edilirlər.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və  Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqmaətində fəal iş aparır.

Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. 

Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

 

 

Вся лента