Bu il Azərbaycanda ÜDM 2 faiz artacaq - Proqnoz

15:13 - 29.03.2021


29 mart, Fineko/abc.az. Avropa Yenidənqurma Və İnkişaf Bankı 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırır.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə  bankdan məlumat verilib.

“AYİB neftin qiymətinin təshih edilməsi ilə əlaqədar 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırır”, - məlumatda qeyd olunur. 2021-ci ildə İqtisadiyyat Nazirliyi ÜDM-in 3,4% səviyyəsində artım proqnozlaşdırır.

2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19 ilə bağlı məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% təşkil edib.

 

Вся лента