AMB-nin valyuta ehtiyatları 6,1 milyon dollar artıb

07.03.2018,11:04


7 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2018-ci ilin fevral ayında 0,11% artıb.

AMB-nin məlumatında  qeyd edilir ki,  2018-ci ilin fevralın 28-nə valyuta ehtiyatları  5387,2 milyon dollar təşkil etmiş, 2018-ci ilin yanvarın 31-də isə bu göstərici  5381,2 milyon dollar səviyyəsində olmuşdur.

2018-ci il yanvarın 1-də  valyuta ehtiyatları 5334,6 milyon dollar təşkil edib. 2018-ci ilin yanvar-fevral ayları ərzində AMB-nin valyuta ehtiyatları 52,7 milyon dollar və ya 0,99% artıb.

2017-ci il yanvarın 1-nə olan valyuta ehtiyatları 3,394,4 milyon dollar təşkil edib, 2017-ci ildə AMB-nin valyuta ehtiyatları 1 360,2 milyon dollar və ya 34,22% artıb.

 

Ключевые слова: valyuta ehtiyatları