Dünya Bankı Azərbaycanla bağlı hesabat yaydı – Müsbət proqnoz

10:31 - 31.03.2021


31 mart, Fineko/abc.az. Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2022-ci ilin sonuna pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır.

ABC.AZ-ın məlumatına görə, Azərbaycanda COVID-19-a qarşı peyvənd təşəbbüsünün erkən başlanması və Ermənistanla münaqişədən sonra ölkə ərazisində başlayan yenidənqurma işlərinə böyük investisiyaların yatırılması ölkə iqtisadiyyatının bərpasının gözləniləndən daha sürətli baş verəcəyini göstərir.

"2021-ci ildə daxili tələbatın sürətlənməsi iqtisadi böyüməni dəstəkləyəcək, lakin bu, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və dövlət xərclərinin artması ilə şərtlənəcək. Yüksək neft qiymətlərinin maliyyə kəsirini azaldacağını və cari əməliyyatlar hesabın profisitə qayıtmasına kömək edəcəyi proqnozlaşdırılır. 2021-ci ildən sonra böyük struktur islahatları olmadan iqtisadi dirçəlişin sürətinin neft hasilatındakı uzunmüddətli bərpa və gözlənilən fiskal siyasətin sərtləşdirilməsi (artan maliyyə təzyiqləri fonunda) nəticəsində orta səviyyədə olacağı ehtimal edilir", - hesabatda qeyd olunur.

 

Вся лента