Azərbacanda gələn il iqtisadi artım 3,9% olacaq – Dünya Bankından proqnoz

11:05 - 31.03.2021


31 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dünya Bankı Azərbaycanla bağlı hesabat yayıb.

ABC.AZ-ın məlumatına görə, Dünya Bankı hesabatda Azərbaycanla bağlı müsbət nüansların olduğu proqnozlar verib. Yeni proqnoza görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.

Bank 2022-ci ildə iqtisadi artımın 3,9% olacağını proqnozlaşdırır.

Qeyd edək ki, ötən yanvar proqnozu ilə müqayisədə Dünya Bankı 2021-ci il üçün Azərbaycan iqtisadiyyatı üzrə gözləntilərini 0,7 faiz bəndi artırıb, 2022-ci il üçün isə 0,6 faiz bəndi azaldıb.

Müəllif: Elmir Murad

Вся лента