Neftin qiyməti artır, “Brent” barrel başına $63,11 təklif edilir

10:02 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Neft qiymətləri, azaldıqdan sonra, neft hasilatının may kvotalarının müzakirə ediləcəyi OPEC+ ölkələrinin nazirlərinin toplantısı ərəfəsində cümə axşamı ticarətində artmaqdadır.

Saat 9:29-da London ICE Futures birjasındakı hərracda Brent neftinin iyun fyuçersi $0,37 (0,59%), barel başına $63,11 qədər yüksəldi. Martın 31-də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyun ayı üçün fyuçers qiyməti $1,43 (2,23%) - barrelə başına $62,74-ə düşüb.

Saat 9:29-da Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin may fyuçersinin qiyməti $0,44 (0,74%) artıb barel başına $59,60 təşkil etmişdir. 31 mart ticarətinin nəticəsində, WTI-nin may fyuçersi $1,39 (2,3%) – barel başına $ 59,16-a düşdü.

Mart ayında Brent markalı neft 3,9%, WTI markalı neft isə 3,8% ucuzlaşıb. 2021-ci ilin I rübünün yekunları üzrə müqavilələr müvafiq olaraq 23% və 22% bahalaşıb.

 

Вся лента