“Atəşgah Həyat”-ın xalis mənfəətində ciddi azalma - Hesabat

11:01 - 1.04.2021


1 aprel, Fineko/abc.az. “Atəşgah Həyat” ötən ilin maliyyə göstəricilərinə dair hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, illik müqayisədə Şirkətin xalis mənfəəti 1 milyon 975 min manat və ya 28,4% azalıb.

Azalmanın əsas səbəbi sığorta ödənişlərinin artması ilə əlaqədar olaraq xərclərin artmasıdır.

Bununla yanaşı “Atəşgah Həyat”da işlərin aparılması xərcləri azalaraq 2019-cu ildəki 7 milyon 124 min manatdan 2020-ci ildə 4 milyon 929 min manata düşüb.

Müəllif: Elmir Murad

Вся лента