Azərbaycan və Gürcüstan nəqliyyat-tranzit əməkdaşlığının inkişaf perspektivlərini müzakirə etdilər

07.03.2018,12:48


7 mart, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstana səfəri çərçivəsində Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən, görüş əsnasında  baş nazir qeyd edib ki, ölkə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında maraqlıdır, enerji və nəqliyyat sahəsində böyük layihələrin birgə həyata keçirilməsi ölkələrə böyük fayda gətirir.

“Ölkələrimizin iqtisadi-ticarət, investisiya, turizm, sosial və s. sahələrdə əməkdaşlığını qeyd edən Şahin Mustafayev nəqliyyat-tranzit və yükdaşımalar sahəsində əlaqələrin genişləndiyini, Azərbaycanda yaradılmış əlverişli infrastrukturun yük daşımalarının daha da artırılmasına, nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb”, - məlumatda belə deyilir.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti haqqında danışan nazir Şahin Mustafayev layihənin yükdaşıma sahəsi ilə yanaşı, sərnişindaşıma və turizimin inkişafında da əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi, həmçinin də qarşılıqlı maraq  kəsb edən digər məsələlər müzakirə edilib.

 

 

Ключевые слова: Şahin Mustafayev Kvirikaşvili