Cavid Qurbanov: Noyabrın sonunda İran Astarasında konteyner terminalının açılışı olacaq

17:04 - 13.10.2017


“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti, qatarların İran istiqamətində hərəkətinə hazırlaşır.

QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, artıq noyabr ayından başlayaraq Astara (Azərbaycan) – Astara (İran) istiqamətində qatarların hərəkəti  başlayacaq.

“Həmçinin, noyabr ayında İran Astarasının ərazisində konteyner terminalı açılacaq. Azərbaycan tərəfi İran Astarasının ərazisində 35 hektar sahə icarəyə götürmüşdür, burada 1,2 kilometr uzunluqda yol çəkilmiş, 2 körpü tikilmiş, üçüncü körpü isə tikilməkdədir. Burada cəmi dörd terminal tikiləcək – taxıl terminalı, quru mallar üçün terminal, neft məhsulları üçün terminal və konteyner terminalı. Sonra biz, burada daha 27 hektar torpaq icarəyə götürməyi planlaşdırırıq, bundan sonra İrandan multimodal daşımalar Azərbaycanın ərazisi vasitəsilə həyata keçiriləcəkdir”, - deyərək C. Qurbanov bildirib.

Вся лента