Bayramdan sonra Azərbaycanda hava soyuyacaq

14:11 - 7.03.2018


7 mart, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda havanın dəyişməsi haqqında xəbərdarlıq edib.

Nazirlikdən təqdim ediləm məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

“Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Havanın temperaturu, ötən günlərlə müqayisədə  5-7 dərəcə aşağı enəcək”, - məlumatda belə deyilir.

Nazirliyin  məlumatında deyilir ki, Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

“Rayonlarda qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur”, - məlumatda belə deyilir.

 

 

Вся лента