Hesablama Palatası ötən ili mənfəətlə başa vurub - Hesabat

11:58 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Hesablama Palatası 2020-ci ili 71 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 118 min manat zərərlə çıxmışdı.

ABC.AZ Report-a istinadən xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 7,438 milyon manat gəlir əldə edib ki, bunun da, 7,338 milyon manatı (30,4% çox) qeyri-birja əməliyyatlarından, 100 min manatı (əvvəlki il olmayıb) isə sair əməliyyatdan əldə olunub.

Hesabat dövründə Hesablama Palatasının xərcləri isə 7,367 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28,2% çoxdur.

O cümlədən qurumun sərf etdiyi materialların dəyəri 2,8 dəfə azalaraq 35 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər 37,4% artaraq 6,809 milyon manat, amortizasiya xərcləri 3,8% azalaraq 209 min manat, sair əməliyyat xərcləri isə 34,4% azalaraq 314 min manat olub.

 

Вся лента