Maliyyə Nazirliyi 30 milyon manatlıq DOİ yerləşdirəcək

17:26 - 7.03.2018


7 mart, Fineko/abc.az. 13 mart tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjanın məlumatında deyilir ki, DOİ emissiyasının həcmi, hər birinin nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat təşkil edəcək.

“İstiqrazların tədavül müddəti 728 gün, faiz gəliri isə 8% təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” çıxış edir”, - məlumatda belə deyilir.

 

Вся лента