TuranBank MİDA ilə əməkdaşlığa start vermişdir

11:25 - 7.04.2021


7 aprel, Fineko/abc.az. Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə vətəndaşlara bir sıra güzəştlərdən yararlanmaq imkanı təmin edilir.

 

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.

 

Azərbaycanda korporativ və pərakəndə bank biznesi sahəsində geniş çeşidli məhsulları ilə xidmət göstərən TuranBank ASC və “MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi 09.02.2021-ci il tarixində imzalanıb.

 

TuranBank 1992-ci ildən etibarən fəaliyyət göstərir. Hazırda Bank 17 xidmət şəbəkəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən etibarlı və şəffaf bankdır.

 

Güzəştli ipoteka krediti, eləcə də Bankın təqdim etdiyi digər məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı qaynar xəttimizə (012 935) zəng edərək və ya TuranBankın rəsmi internet saytını https://bit.ly/3wzJZVZ  və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

 

TuranBank

Bizimlə etibarlıdır...

 

Вся лента