Azərbaycan bankı “Azər Türk Bank”da yeni təyinat

09.03.2018,10:46


9 mart, Fineko/abc.az. Azərbaycan bankı  “Azər Türk Bank”da  struktur dəyişiklikləri edilib.

Bankdan verilən məlumata əsasən, Strateji Planlaşdırma və Marketinq Departamentinə yeni direktor  təyin edilib.

“Departamentin  direktor vəzifəsinə Rasim Hacıyev təyin edilib”, - məlumatda belə deyilir.

Səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsus olan“Azər Türk Bank” ASC 1995-ci ildən fəaliyyət göstərir.

 

 

Ключевые слова: Azər Türk Bank