Lənkəranda da güzəştli mənzillər tikiləcək - Torpaqlar ayrıldı

15:33 - 12.04.2021


12 aprel, Fineko/abc.az. 2021-ci ilin mart ayında Lənkəran şəhərində 1,5 hektar və Sumqayıt şəhərində isə 2 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyi Sərəncamına verilib.

Agentlikdən ABC.AZ-a daxil olan məlumata görə, ötən müddət ərzində Agentliyə 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində Sumqayıt şəhərində 0,75 hektar, iyun ayında isə Gəncə şəhərində 6,23 hektar, 2020-ci ildə Suraxanı rayonunda 23,25 hektar torpaq sahələri ayrılmışdı.

Müəllif: Elmir Murad

Вся лента