Neft bahalaşır, Brent bir barelə $64,50 təşkil edir

10:27 - 14.04.2021


14 aprel, Fineko/abc.az. Amerika Neft İnstitutunun ABŞ ehtiyatlarının azaldılması barədə dərc etdiyi məlumatlardan sonra, çərşənbə günü etalon markalarının qiymətləri artmaqdadır.

Amerika Neft İnstitutunun qiymətləndirmələrinə görə, ötən həftə ölkədə neft ehtiyatları 3,61 mln. barrel azalıb. Ondan öncəki həftədə azalma 2,62 milyon barrel təşkil etmişdir.

Saat 10:16-da, London ICE Futures birjasında ticarətdə Brent markalı neftin iyun fyuçersi $0,83 (1,30%), barel başına $64,50 qədər yüksəldi. Aprelin 13-də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersinin qiyməti $0,39 (0,62%) - barrel başına $63,67-dək artıb.

Saat 10:16-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI may fyuçersinin qiyməti $0,81 (1,35%) - barrel başına $60,99-a qədər artıb. Aprel ayının nəticələrinə görə, may ayına olan fyuçers $0,48 (0,81%) – bir barel üçün $60,18-ə yüksəldi.

Neft tələbinin perspektivləri ilə bağlı nikbin gözləntilər, bazara dəstək verir. OPEC - in yeni proqnozuna əsasən, 2021-ci ildə neftə olan tələbat, daha əvvəl proqnozlaşdırıldığı kimi 5,89 milyon b/s deyil, 5,95 mln. b/s artacaq. Bu il neft istehlakı əvvəlki qiymətləndirməyə rəğmən (96,27 mln. b/s) 96,46 mln. b/s çatacaq.

 

Вся лента