Elektrik enerjisi istehsalı artıb - Ötən ay

12:03 - 14.04.2021


14 aprel, Fineko/abc.az. 2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln. kVt·st artaraq 2364,3 mln. kVt·st olub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, ay ərzində elektrik enerjisinin ixracı 175,1 mln. kVt·st, idxalı isə 11,0 mln. kVt·st təşkil edib.

Cari  ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6924,9 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 mln. kVt·st azalaraq 6604,0 mln. kVt·st, SES-lərdə 15,69 mln. kVt·st artaraq 236,09 mln. kVt·st, digər mənbələr üzrə isə 4,7 mln. kVt·st azalaraq 84,9 mln. kVt·st olub.

Bu dövrdə külək elektrik stansiyalarında 22,56 mln. kVt·st, günəş elektrik stansiyalarında 9,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 53,14 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

 

Вся лента