Bu qədər fermerə əkin subsidiyası verilib

15:00 - 14.04.2021


14 aprel, Fineko/abc.az. Monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 17,929 fermerə əkin subsidiyası ödənilib.

Kənd Təsərrüfatı nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bununla da müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 245927 nəfərə çatıb.

Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib və onlardan torpaq sənədləri təsdiqlənən fermerlərin subsidiya müraciəti qəbul edilib.

Subsidiya almaq üçün elektron müraciəti təsdiqlənmiş fermerlərin sahələrində aparılan monitorinqlər başa çatmaq üzrədir.

Torpaq sənədləri və əkin bəyanları ilə bağlı şübhələr yaranan fermerlərin sahələri monitorinqlərə cəlb olunur.

Müəllif: Elmir Murad

 

Вся лента