“Visa” Azərbaycandakı planlarını açıqlayıb

14:57 - 15.04.2021


15 aprel, Fineko/abc.az. “Visa”bir beynəlxalq ödəmə texnologiyaları şirkəti olaraq Azərbaycanda yeni ödəniş xidmətlərinin istifadəyə verilməsi üçün lazımi şəraitin yaradılması naminə səy göstərir”.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu “Visa”nın Qafqazdakı regional direktoru Kristina Doros deyib.

K.Dorosun sözlərinə görə, “Visa” üçün əsas istiqamətlərdən biri təmassız, o cümlədən tokenləşdirilmiş ödənişlərin inkişafı üçün bir infrastruktur yaratmaqdır:

“Hədəfimiz daha çox istehlakçı və ticarət-xidmət müəssisələri üçün təmassız ödənişləri əlçatan etməkdir. 2019-cu ilin sentyabr ayında Azərbaycanda “Visa Token Service”in istifadəyə verilməsi ölkədə smartfonlar və geyilə bilən cihazlar daxil olmaqla tokenləşdirilmiş əməliyyatların sürətli böyüməsi üçün başlanğıc nöqtəsi oldu.

Azərbaycanda biz maliyyə qurumları ilə sıx işləyirik və tərəfdaşlarımız buna hazır olduqda “Pays” ilə həllərə yol açmaq üçün onlara dəstək verməyə hazırıq”.

 

Вся лента