Bu ərazilərdə yeni marşurut xəttləri təşkil olunub - Siyahı

14:55 - 19.04.2021


19 aprel, Fineko/abc.az. Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömrəli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil olunub.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib.

Aparılan təhlillərlə Sabunçu dəmir yolu stansiyası – Ramana qəsəbəsi adlanan ərazidə yaşayan sakinlərin dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib.

Aprelin 19-dan istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gedişhaqqı 0.30 AZN müəyyən olunub.

 

Вся лента