“Azercell Telekom”a yeni prezident təyin olunub

22:20 - 19.04.2021


19 aprel, Fineko/abc.az. Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib.

“Zeynalova bu postda Vahid Mürsəliyevi əvəz edəcək. V.Mürsəliyev müqavilə müddəti bitdiyi üçün tutduğu vəzifədən ayrılıb. Yeni prezidentinin əsas prioriteti “Azercell”in kommunikasiya üzrə fəaliyyətinin inkişafı ilə yanaşı, Azərbaycanda rəqəmsal transformasiyada qabaqcıl mövqeyini təmin etmək olacaq”, - deyə məlumatda bildirilir.

Z.Zeynalova dünyanın müxtəlif coğrafi bölgələrində 25 ildən artıq idarəetmə və təşkilati inkişaf üzrə peşəkar təcrübəyə malikdir. O, 20 il müddətində BP şirkətinin Azərbaycan, Birləşmiş Krallıq və ABŞ ofislərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Həmçinin “PricewaterhouseCoopers” (PwC) və “Pasha Construction Group” şirkətlərində rəhbər vəzifələrdə işləyib.

Məlumata əsasən, lider mobil operatorun yeni prezidentinin əsas prioriteti "Azercell"in kommunikasiya üzrə fəaliyyətinin inkişafı ilə yanaşı, Azərbaycanda rəqəmsal transformasiyada qabaqcıl mövqeyini təmin etmək olacaq.

Вся лента