Dollar ucuzlaşır – Tələb azalır

10:57 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Dünya birjalarında dollara olan tələb azalmağa doğru gedir.

ABC.AZ-ın məlumatına görə, azalmaya səbəb kimi Amerikada açıqlanan yüksək inflyasiya göstəriciləri göstərilir.

Dolların dünya birjalarının dəyər itirməsi fonunda EUR/USD cütlüyü 1.20 hədləri üzərində ticarət edilir.

Təhlillərə əsasən qiymət 1.2037 hədləri üzərində möhkəmlənə bilərsə, artımların 1.2102 və 1.2157 hədlərinə qədər davam edəcəyi proqnozlaşdırılır.

Müəllif: Elmir Murad

Вся лента