Ötən ay bahalaşan ərzaqlar - Siyahı

11:24 - 20.04.2021


20 aprel, Fineko/abc.az. 2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, sözügedən məmulatlar üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin mart ayına nisbətən 104,8 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin,

toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin,

kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın,

almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun,

yerkökünün, çuğundurun, balqabağın,

kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub.

Müəllif: Elmir Murad

Вся лента