ƏDV ödəyicilərinin sayı artıb - Ötən illə müqayisə

10:49 - 21.04.2021


21 aprel, Fineko/abc.az. Bu ilin birinci rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2840 vahid təşkil edib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artıb.

Üç ayda fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3682 vahid olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz azalıb.

Fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8 faiz azalıb.

Qeyd edək ki, bu ilin ilk rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1788 vahid çox olub.

Müəllif: Elmir Murad

Вся лента