Dövlət Vergi Xidməti proqnozları üstələdi - Dövlət büdcəsinə daxil olan vəsaitlər artıb

14:45 - 21.04.2021


21 aprel, Fineko/abc.az. 2021-ci ilin 1-ci rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2085,7 mln. manat vəsait daxil olub.

ABC.AZ-ın məlumatına görə, bu da proqnoza nisbətən 363,8 mln. manat və ya 21,1 faiz,  2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 mln. manat və ya 2,2 faiz çoxdur. Həmin vəsaitin 72,2 faizi və yaxud 1507,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 mln. manat və ya 7,9 faiz çoxdur.

 

Müəllif: Elmir Murad

Вся лента