Energetika Nazirliyi: Azərbaycanda fevral ayında gündəlik istehsal 806 min barel təşkil edib

17:05 - 12.03.2018


12 mart, Fineko/abc.az. 2018-ci ilin fevral ayında Azərbaycanda neft hasilatının gündəlik həcmi 806 min barel təşkil edib.

Azərbaycanın Energetika Nazirliyindən verilən məlumata görə, fevral ayında Azərbaycanda neft hasilatının gündəlik həcmi 806 min barel təşkil edib ki, bunlardan  751 min barel xam neft, 55 min barel isə kondensatın payına düşüb.

OPEC/NOPEC ilə razılaşmalara əsasən,  Azərbaycan  gündəlik neft hasilatının 834 min barrel həcmində saxlamağı öhdəsinə götürmüşdür.

“Beləliklə, 2018-ci ilin fevral ayında Azərbaycan OPEC/NOPEC çərçivəsində hasilatın azaldılması üzrə götürdüyü öhdəliyi  yerinə yetirib”, -  Energetika Nazirliyindən qeyd edilib.

Qurumun məlumatına görə, 2017-ci ildə ölkədə orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib. 2018-ci ilin yanvarında Azərbaycanda gündəlik neft hasilatı 814,6 min təşkil edib.

Enerji Nazirliyi həmçinin bildirmişdir ki, 2018-ci ilin fevral ayında Azərbaycandan xam neftin gündəlik ixrac həcmi 621,3 min barel, 55 min barel kondensat və 20,4 min barel neft məhsulu təşkil etmişdir.

Xəəbər verildiyi kimi, 2016-cı ilin dekabrın 10-da OPEC/NOPEC nazirlər iclası keçirilmişdir. Görüşdə ölkələr, neft hasilatının həcminin azaldılması haqqında razılıq imzalamışdırlar. OPEC ölkələri üçün hasilatın azaldılması gündəlik 1,2 milyon barel təşkil edir ki, bu da hasilatın gündə 32,5 milyon barel səviyyəsinə uyğundur. OPEC üzvləri olmayan  ölkələr neft hasilatını gündə 558 min barel azaldır. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel azaldmağa öhdəsinə götürüb. Razılıq 2017-ci ilin birinci yarısına bağlanıb və onun müddətinin uzadılması nəzərdə tutulub.

2017-ci il may ayının 25-də Vyana şəhərində nazirlərin 172-ci toplantısında OPEC / NOPEC ölkələri, sözügedən razılığın 9 ay müddətinə (2018-ci ilin mart ayının sonunadək) uzadılması haqqında razılığa gəlmişdirlər,  2017-ci ilin noyabrın 30-da isə Vyanada keçirilən nazirlər toplantısında  həmin razılığın 2018-ci ilin sonuna qədər uzadılması haqqında razılaşmışdırlar.

 

Вся лента