Xarici valyutada qoyulmuş kreditlər azalıb - Mərkəzi Bankdan hesabat

16:57 - 22.04.2021


22 aprel, Fineko/abc.az. Bu ilin aprelin 1-i tarixinə Azərbaycandakı kredit təşkilatları  tərəfindən verilən kreditlərin həcmi məlum olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə kredit təşkilatlarının verdiyi kreditlərin həcmi aylıq 0,7% artaraq 14,728 mlrd. manat təşkil edib.

Kreditlərin 28,2%-i və ya 4,153 mlrd. manatı xarici valyutada olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin mart ayından bəri xarici valyutada kredit qoyuluşları 20% azalıb. Müəllif: Elmir Murad

 

Вся лента