Bakıdakı avtobus dayanacaqlarının sayı artırılıb

11:51 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinin tələbilə Bakının qaraj infrastrukturu yaxşılaşdırılıb və avtobus dayanacaqlarının sayı 36-ya çatdırılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2015-ci ildə “BakuBus” MMC tərəfindən ilk müasir qaraj istifadəyə verilib. Hazırda paytaxtda standartlara uyğun 11 qaraj fəaliyyət göstərir.

Bunlardan 2-si dövlət, 9-u digər dövlət daşıyıcılarına məxsusdur.

 

Вся лента