“Azərsu” Biləsuvar rayonunda daha 12 min abunəçiyə keyfiyyətli su təchizatı təmin etdi

16:45 - 13.03.2018


13 mart, Fineko/abc.az.  Azərbaycanın milli su operatoru “Azərsu” ASC Biləsuvar rayonunda su təchizatı sisteminin yaxşılaşdırılması işlərini başa çatdırdı.

“Azərsu” ASC-in məlumatında deyilir ki, işlər, dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən yerinə yetirilmişdir.

“Ümumi uzunluğu 14,2 km su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 77 ədəd bulaq quraşdırılıb. Biləsuvar rayonunun 2 kəndində icra olunan layihələr 12 min nəfərin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb”, - məlumatda belə deyilir.

 

 

Вся лента