Bakıda banklar gücləndirilmiş rejimdə işləyir

11:21 - 16.10.2017


Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsinə görə, banklar, 15 oktyabrdan gücləndirilmiş iş rejiminə keçib.

Palatada bildirildiyi kimi, gücləndirilmiş iş rejiminin daxil edilməsi, oktyabrın 15-dən  noyabrın 15-dək keçirilən növbəti Bakı Ticarət Festivalı (Baku Shopping Festival) ilə bağlıdır.

“24 bank və onların 58 filialı və bölməsi gücləndirilmiş rejimdə çalışır. Bankların 7 filialı 24 saat ərzində müştərilərə xidmət edəcək”, - deyərək Palatada bildiriblər.

Festival ərzində xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək və zəruri hallarda Vüsal Həsənova aşağıdakı telefon nömrələri vasitəsi ilə müraciət etmək olar: (+994) 12 493 50-58 (vnutr.429); (+994) 55 294 00 05. Email: [email protected]

Вся лента