Azərbaycanda lisenziyaların verilməsi sadələşdirildi

14.03.2018,16:48


14 mart, Fineko/abc.az. Bu gün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib.

Artıq www.lisenziya.gov.az ünvanına müraciət etməklə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların elektron qaydada verilməsi üçün portal vasitəsilə müraciətlərin qəbulu, aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi mümkündür.

Hazırda Azərbaycanda sahibkarlara  5311 lisenziya verilib ki, bunun da 2719-u yeni verilən lisenziyalardır.

 

 

Ключевые слова: Lisenziya