ABŞ şirkətləri Azərbaycanın iqtisadiyyatına $17 milyard həcmində sərmayə qoyub

11:46 - 16.10.2017


Bakıda Azərbaycan-Amerika biznes-forumu keçirilir.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev forumun gedişatında bildirdi ki, ölkələr arasında ticarət dövriyyəsi bu il 7%-ə qədər, yəni, $416 milyona qədər  artmışdır.

“Həmçinin, ölkələr arasında investisiya əməkdaşlığının genişlənilməsi prosesi müşahidə olunur. Belə ki, Amerika şirkətlərinin Azərbaycanın iqtisadiyyatına investisiyaları $17 milyarda qədər çatdırılmış, Azərbaycan şirkətləri də həmçinin ABŞ-ın iqtisadiyyatına sərmayə qoymuşdur. Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ)  investisiyalarını xüsusilə qeyd etmək olar”, - deyərək nazir müavini bildirib.

Вся лента