“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimdə işləyir

10:49 - 15.03.2018


15 mart, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin qatarlarında xidmət mədəniyyətinin yaxşılaşdırılması üzərində işləyir.

ADY-dan verilən məlumata görə, Novruz  bayramı ilə əlaqədar, “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində işləyir.

“Bayram günlərində sərnişin sıxlığının artmasını nəzərə alaraq,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir”, - məlumatda belə deyilir.

Xatırladırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

 

Вся лента