Norilsk-Ufa-Bakı uçuşları bərpa edilib

11:58 - 24.05.2021


24 may, Fineko/abc.az. Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı və əks istiqamətdə müntəzəm uçuşları bərpa edib.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, Norilskdən ilk aviareys mayın 21-də Ufa və Bakıya tam dolu gedib.

Aviareyslər həftədə bir dəfə, cümə günü həyata keçirilir. Təyyarə yerli vaxtla Norilskdən 11:15-də qalxacaq, 12:50-də Ufa hava limanına çatacaq.

Təyyarə Azərbaycana yerli vaxtla 17:10-da çatır. Əks istiqamətdə isə Bakıdan təyyarə cümə günü yerli vaxtla 18:50-də qalxır, Ufaya 22:35-də çatır, Ufadan isə şənbə günü gecə 1:50-də qalxır və 7:15-də Norilskə çatır. Aviareys “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilir.

 

Вся лента