Azərbaycan OPEC+ ölkələrinin hasilatın azaldılması üzrə dəstəyini davam edəcək

11:27 - 15.03.2018


15 mart, Fineko/abc.az. İyun ayında  Vyanada OPEC+ ölkələrinin növbəti nazirlər toplantısı keçiriləcək.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, görüşdə Azərbaycan da iştirak edəcək.

“Dünya bazarında enerji resurslarının qiymətlərinin sabitləşdirilməsi prosesində OPEC+ qərarının effektivliyini qeyd etmək lazımdır. Ümid edirəm ki, növbəti görüşdə eyni effektiv qərarlar qəbul ediləcək və enerji resurslarının qiyməti sabit qalacaq”, - Pərviz Şahbazov belə deyib.

 

 

Вся лента